Habil Yashar

Habil Yaşar Unuda bilmərəm bu məhəbbəti

24 903
0
0
05:25

Опубликовано:

Unuda bilmərəm bu məhəbbəti.

Ağlama ürəyim, gülmə ürəyim,
Sən beləcə yaşa bu həqiqəti.
Məni də ürəksiz bilmə “ürəyim”,
Unuda bilmərəm adı sən olan,
Sinəsi köz dolu bu məhəbbəti.

Hər yerdə, hər zaman görərəm səni,
Kölgəmsən, kölgəmdən qaça bilmərəm.
Çoxları ürəkdən sevsə də məni,
Heç kəsə qəlbimi aça bilmərəm,
Özün qazanmısan bu ləyaqəti.

Ürək sevdiyini unuda bilməz,
Sevgisiz bir ürək döyünərmi heç?
Heç kimsə dərdimi ovuda bilməz,
Sənsiz üzüm gülüb, sevinərmi heç?
Tək səndə taparam bu səadəti.

Əllərin əlimdən uzaq olsa da,
Ruhumu ruhuna bağlayacağam.
Bəzi etiraflar qınaq olsa da,
Sonsuz həsrətinlə ağlayacağam,
Eşqindən alaram bu dəyanəti.

Ruhumu canımdan alıb gedərsən,
Yoxluğum da səni izləyəcəkdir.
Məni sevəcəksən, sevməyəcəksən,
Habil yalnız səni düşünəcəkdir,
Əsla qırmayacaq bu sədaqəti.

Habil Yaşar











Следующее видео

Habil Yaşar Unuda bilmərəm bu məhəbbəti şeri Habil Yashar Yazar 7 077 просмотра
Habil Yaşar Unuda bilmərəm bu məhəbbəti Habil Yashar Yazar 5 525 просмотра
Habil Yaşar Bu gecə həsrətin özündən böyük Habil Yashar 34 416 просмотра
Habil Yaşar Quş kimi şeri Habil Yashar 25 056 просмотра
Habil Yaşar Bəlkə də Habil Yashar 23 591 просмотра
Habil Yaşar Ol Habil Yashar 24 244 просмотра
Habil Yaşar Həyat Habil Yashar 28 248 просмотра
Habil Yaşar Yaşamaq olmayır səni ey həyat! Habil Yashar 30 349 просмотра
Habil Yaşar Zəngimi gözləmə şeri və zəngimseli Habil Yashar 30 269 просмотра
facebook