Habil Yashar

Sözləri Habil Yaşar,Musiqisi və İfaçısı Abış Surxayoğlu.Qadınlar

44 613
0
0
05:16

Опубликовано:

Sözləri: Habil Yaşar, Musiqisi və İfaçısı: Abış Surxayoğlu. Qadınlar

Qadınlar.

I bənd:

Qadındı bizləri doğuran ana,
Qadındı hər kəsin başının tacı.
Böyük məhəbbətlə yanaşaq ona,
Ürəyi görməsin nə qəm, nə acı

Zil:

Qadın insanlığın ilki,əzəli
Qadın yaradanın möcüzəsidir.
Ananın körpəyə layla deməyi,
Dünyanın ən gözəl zümzüməsidir.

Nəqarət:

Qəlbləri oxşayan çiçəklərsiniz,
Sevimli qadınlar, gözəl qadınlar.
Cənnətə yol açan mələklərsiniz,
Ey gözəl analar, gözəl qadınlar.



II bənd:

İncədir,zərifdir qadın xisləti,
Bir soyuq baxışla qırıla bilər.
O qədər ucadır qadın xilqəti,
Yeddi qat göylərə ucala bilər.

Zil:

Qadın insanlığın ilki,əzəli
Qadın yaradanın möcüzəsidir.
Ananın körpəyə layla deməyi,
Dünyanın ən gözəl zümzüməsidir.

Nəqarət:

Qəlbləri oxşayan çiçəklərsiniz,
Sevimli qadınlar, gözəl qadınlar.
Cənnətə yol açan mələklərsiniz,
Ey gözəl analar, gözəl qadınlar.


Muğam hissəsi:

Hər biri bacıdı, hər biri ana,
Dünya qurban olsun baxışlarına,
Sevgisi sığışmaz bütün cahana,
Dəryadı, ümmandı qadın ürəyi.

Sevər varlığıyla qəlbən sevəndə,
Dözər hər çətinə qədrin biləndə,
Dünya gözəlləşər üzü güləndə,
Ağlasa kamandı qadın ürəyi.
Sınmasın amandı qadın ürəyi…

Следующее видео

Habil Yaşar Doğum günü çiçəkləri Habil Yashar 23 060 просмотра
Habil Yaşar Zəngimi gözləmə şeri və zəngimseli Habil Yashar 30 269 просмотра
Habil Yaşar Gözlərin Habil Yashar 27 450 просмотра
Habil Yaşar Bəlkə də Habil Yashar 23 591 просмотра
Habil Yaşar Quş kimi Habil Yashar 21 229 просмотра
Habil Yaşar Bir rəsm payım Habil Yashar 20 676 просмотра
Habil Yaşar Bəs niyə sevdirdin özünə məni Habil Yashar 21 625 просмотра
Habil Yaşar Amalım Habil Yashar 18 872 просмотра
Habil Yaşar Please charge... Habil Yashar 21 193 просмотра
Habil Yaşar Ruhumun sevgiyə ehtiyacı var Habil Yashar 22 986 просмотра
Habil Yaşar Yeni Şerlərinin yığması Habil Yashar 20 467 просмотра
facebook